Tədbirdə kütləyə qumbara atdılar: ölənlər və yaralananlar var

Hit: 273
Tədbirdə kütləyə qumbara atdılar: ölənlər və yaralananlar var

Pakistanda terror aktı törədilib.

Faktor.az report-a istinadən bildirir ki, hadisə Kəraçidə, Milli Birlik Hərəkatı Partiyasının keçirdiyi tədbir zamanı baş verib.

Polisin məlumatına görə, əraziyə motosikletlə gələn naməlum şəxs kütləyə əl qumbarası atıb. Partlayış zamanı 2 nəfər həlak olub, daha 6 nəfər yaralanıb.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.









Redaktorun seçimi