Konsert zamanı yaranmış basırıq 6 nəfərin ölümü ilə nəticələnib

Hit: 357
Konsert zamanı yaranmış basırıq 6 nəfərin ölümü ilə nəticələnib

İtaliyanın Ankona şəhəri yaxınlığında konsert zamanı baş verən basırıq nəticəsində azı 6 nəfər həlak olub, 60-a yaxın insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumata görə,  Korinaldo şəhərində keçirilən rok-konserti zamanı naməlum şəxsin havaya bibər qazı buraxması tamaşaçılar arasında çaxnaşma yaradıb.

Həkimlər 12 yaralının vəziyyətinin ağır olduğunu bildirirlər. 









Redaktorun seçimi