Parisdə nümayişlər: 615 nəfər saxlanılıb, 30 nəfər xəsarət alıb - FOTOLAR

Hit: 321
Parisdə nümayişlər: 615 nəfər saxlanılıb, 30 nəfər xəsarət alıb - FOTOLAR

Şənbə günü Fransanın paytaxtı Parisdə "Sarı jiletlilər"in yanacağın qiymət artımına qarşı keçirdikləri etiraz aksiyaları zamanı polislə qarşıdurma baş verib.

Faktor.az "Report"a istinadən bildirir ki, qarşıdurmalar nəticəsində 3-ü qanun keşikçisi olmaqla 30 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bildirilir ki, etirazlar zamanı Parisdə 615 nəfər saxlanılıb, onlardan 508 nəfəri nəzarətə götürülüb.

Hazırda paytaxtda etirazçıların sayı 8 min nəfəri üstələyir, ümumi ölkə üzrə isə 31 nəfər nümayişə çıxıb.

"Report"un Qərbi Avropadakı çəkiliş qrupu etirazların keçirildiyi ərazilərə ezam olunub və hadisə yerlərindən ən son görüntü və məlumatları oxuculara çatdırır.

1
1
1
1
1
1
1








Redaktorun seçimi