Ərdoğanın xidməti avtomobilində telefon danışığı müzakirələrə səbəb oldu - VİDEO

Hit: 258
Ərdoğanın xidməti avtomobilində telefon danışığı müzakirələrə səbəb oldu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xidməti avtomobilində telefonla danışığı sosial mediada maraqla qarşılanıb.

Publika.az xəbər verir ki, prezident universitet tələbəsinin ona ünvanladığı məktubu oxuduqdan sonra xidməti avtomobilindən aidiyyəti şəxslərə, məktubu yazana zəng edərək məlumat öyrənib.

Ərdoğanın telefon danışığı rabitə naziri Fəxrəddin Altun tərəfindən “Bir gözəl adam Rəcəb Tayyib Ərdoğan” yazaraq tvitter hesabında paylaşıb.

Videodan görünür ki, Ərdoğan ona göndərilən məktubları yaxından izləyir. Hətta xidməti avtomobilində gedərkən onları oxuyur. Videodan görünür ki, prezident məktub yazan şəxsə zəng edərək məlumat öyrənir. Aylin adlı şəxslə danışan Ərdoğanın tələbənin təhsil haqqı ilə bağlı danışdığı məlum olur.

Telefonla danışarkən Ərdoğanın “Bu Oflular da bir aləmdir, dinlə məni” sözləri zarafat etməsi diqqət çəkib.









Redaktorun seçimi