Sarkisyanın qardaşı oğlu Çexiyada saxlanıldı

19 dəfə oxunub
Sarkisyanın qardaşı oğlu Çexiyada saxlanıldı
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan Çexiyanın paytaxtı Praqada saxlanılıb.
 
“RİA Novosti” xəbər verir ki, o, Qvatamelaya məxsus saxta pasportla yaxalanıb.
 
Məlum olub ki, Narek Sarkisyan adını Franklin Qonzales olaraq dəyişdirib.
 
Qeyd edək ki, o, silah və narkotik maddə saxlamaq, həmçinin adam oğurluğu ittihamı ilə “İnterpol” tərəfindən axtarışda olub.
 
Ermənistan Baş Prokurorluğu N.Sarkisyanın ekstradisiyası ilə bağlı Çexiyaya müraciət edib.



Redaktorun seçimi