İsraildən Rusiyaya hərbi əməliyyat xəbərdarlığı

133 dəfə oxunub
İsraildən Rusiyaya hərbi əməliyyat xəbərdarlığı

İsrail Rusiya tərəfini Livanla sərhəddə keçirilən "Şimal sipəri" əməliyyatı barədə məlumatlandırıb.

Faktor.az oxu.az-a istinadən bildirir ki, bu barədə "RİA Novosti" İsrailin Rusiyadakı səfiri Harri Korenə istinadən məlumat yayıb.

Bildirilir ki, əməliyyat "Hizbullah"ın tunellərinin axtarılması və məhv edilməsi məqsədi daşıyır.

Səfirin sözlərinə görə, İsrail nümayəndə heyəti Rusiya Xarici İşlər Nazirliyində olub və müzakirələr aparıb.



Redaktorun seçimi