Polislər intihara cəhd edən qızı havada tutdu

119 dəfə oxunub
Polislər intihara cəhd edən qızı havada tutdu

Türkiyənin Ordu vilayətində yaşayış binasının 3-cü mərtəbəsindən özünü ataraq intihara cəhd edən qadını polislər son anda xilas edə biliblər.

Faktor.az xəbər verir ki, psixoloji problemləri olan qadını fikrindən yayındırmaq üçün polislərin səyi nəticəsiz olub.

Asayiş keşikçilərindən biri şinelini çıxararaq xanımın olduğu balkonun aşağısında gözləmə mövqeyi tutub. Binadan özünü atan qadın digər polislərin də tutduğu şinelə düşüb. Yüngül xəsarət alan qadın xəstəxanaya çatdırılıb.(Teleqraf.com)



Redaktorun seçimi