Moskvanın Vaşinqtonla bağlı ən böyük problemi... - Peskov AÇIQLADI

38 dəfə oxunub
Moskvanın Vaşinqtonla bağlı ən böyük problemi... - Peskov AÇIQLADI

“Rusiyanın ABŞ prezidenti Donald Tramp üzərində təsiri olması absurd iddiadır”.

Faktor.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Moskva Dövlət Diplomatiya Universitetinin tələbələri ilə görüş keçirən Peskov bildirib ki, rəsmi Moskva Vaşinqtonun ikili münasibətləri mürəkkəbləşdirən hərəkətlərini təxmin etməyə çalışır.

“ABŞ hökumətinin hərəkətləri öncədən görünmür və bu durum münasibətləri mürəkkəbləşdirir. Moskvanın ABŞ hökumətinin balanssız siyasətini təxmin etməklə bağlı ciddi problemləri var. Rusiya bərabərlik şərti ilə ABŞ-la olan münasibətlərini inkişaf etdirmək istəyir. Lakin Vaşinqton bu istəkdən yana deyil”, - mətbuat katibi qeyd edib.

Beynəlxalq arenadakı paradiqmalar arasında toqquşamlarla bağlı bir sualı cavablandıran Peskov “Rusiya “çoxqütblü dünya” fikrini reallaşdırdığı zaman bir çox insan bu fikri bəyənməmişdi”, - deyib.

Qeyd edək ki, Rusiya üçün ABŞ-ın təxminedilməz addımlarından sonuncusu Donald Trampın Argentinada baş tutan G20 liderlər zirvəsində Vladimir Putinlə görüşünü ləğv etməsi oldu.



Redaktorun seçimi