Partiya sədrinin müavini həbs olundu

138 dəfə oxunub
Partiya sədrinin müavini həbs olundu

Ermənistan Milli Təhlükəsizlik Xidməti "Erməni qartalı" Vahid Ermənistan Partiyası sədrinin müavini Mqrer Yeqizaryanı həbs edib.

Faktor.az Report-a istinadən xəbər verir ki, o, dələduzluqda ittiham olunur.

Belə ki, M.Yeqizaryan 2014-cü ildən dələduzluq yolu ilə ölkənin bir neçə vətəndaşının, o cümlədən hərbçilərin etbarından sui-istifadə edərək, başqasının əmlakını mənimsəyib.

Partiya sədrinin müavini işə düzəltmə adı ilə onlardan 10 min dollar məbləğində rüşvət istəyib.

Faktla bağlı Cinayət Məcəlləsinin dələduzluq və iri məbləğdə rüşvət verməyə cəhd maddələrinə əsasən cinayət işi başlanılıb, araşdırma aparılır.



Redaktorun seçimi