İran OPEC-dən çıxmaq fikrində deyil

121 dəfə oxunub
İran OPEC-dən çıxmaq fikrində deyil

İran Neft İxracatçısı Ölkələri Təşkilatı (OPEC) üzvlüyündən çıxmaq niyyətində deyil, amma hasilatın azaldılmasında da iştirak etməyi düşünmür.

Faktor.az "report"-a istinadən bildirir ki, bunu ölkənin OPEC-dəki daimi nümayəndəsi Hüseyn Kazımpur Ərdəbili bildirib. O, OPEC+ formatı daxilində hasilatın azaldılmasını müsbət qiymətləndirib.

"Əlbəttə İran hasilatı azaltmayacaq. Təbii ki, bunu İrandan xahiş edən yoxdur, çünki mövqeyimiz aydındır: ABŞ bizə qarşı sanksiyalar tətbiq etdiyindən neft hasilatını azaltmaq fikrində deyilik" - deyə iranlı diplomat vurğulayıb.



Redaktorun seçimi