Ankarada partlayış olub, xəsarət alanlar var - FOTOLAR

124 dəfə oxunub
Ankarada partlayış olub, xəsarət alanlar var - FOTOLAR

Türkiyənin paytaxtı Ankara şəhərində partlayış baş verib.

Faktor.az "report"-a istinadən bildirir ki, hadisə şəhərdə fəaliyyət göstərən kafelərdən birində qeydə alınıb.

Partlayışa qaz sızması səbəb olub. Hadisə zamanı 7 nəfər xəsarət alıb. Əraziyə çoxlu sayda təcili tibbi yardım maşını, yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Xəsarət alanlardan 3-ünə hadisə yerində tibbi yardım göstərilib, digər 4 nəfər isə yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Partlayışdan sonra kafedə yanğın baş verib. Lakin əraziyə cəlb edilən yanğınsöndürənlər alovun qarşısını alıblar.

1
1



Redaktorun seçimi