Tramp və Ərdoğanın söhbətinin təfərrüatı açıqlandı

Hit: 204
Tramp və Ərdoğanın söhbətinin təfərrüatı açıqlandı

Səudiyyəli jurnalist Camal Kaşıkçını qətlə yetirməkdə şübhəli bilinən şəxslərdən bəziləri ABŞ-dadır. 

Oxu.Az “Rosbalt”a istinadən xəbər verir ki, bununla bağlı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. 

Onun sözlərinə görə, Ankara artıq Vaşinqtona şübhəli şəxslərin adlarını təqdim edib və onların ekstradisiyası tələb olunub. 

Nazir bəyan edib ki, bu məsələni Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp telefon danışığı zamanı müzakirə edib. 

Bundan başqa, Türkiyə ABŞ-a jurnalistin ölümü ilə bağlı aparılan araşdırmaların nəticələrini təqdim edib. 









Redaktorun seçimi