Putini İraqa dəvət etdilər...

Hit: 223
Putini İraqa dəvət etdilər...

İraqın baş naziri Adel Abdel Mahdi Rusiya prezidenti Vladimir Putini ölkəsinə dəvət edib.

Faktor.az qafqazinfo-ya istinadən xəbər verir ki, Adel Mahdi Rusiyanın xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşü zamanı Kreml rəhbəri ilə görüşmək istədiyini bildirib.

"Cənab Boqdanov prezident Putinin adından Adel Abdel Mahdini Rusiyaya, o da, öz növbəsində, Putini İraqa dəvət etdi", - deyə baş nazirin mətbuat xidmətinin məlumatında deyilir.









Redaktorun seçimi