Tramp açıqladı: “Daha onlara ödəniş etməyəcəyik!”

Hit: 328
Tramp açıqladı: “Daha onlara ödəniş etməyəcəyik!”

Pakistana artıq milyardlarla dollar ödəniş etməyəcəyik. Çünki onlar bizim üçün heç nə etmirlər.

Bunu ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında yazıb.

“Əlbəttə, Üsame Ben Ladeni daha əvvəl tutmaq lazım idi. Dünya Ticarət Mərkəzinə hücum öncəsi yazdığım kitabda bu barədə qeyd etmişdim. Klinton şansını itirdi. Pakistana milyardlarla ödəniş etdik, bizə onun yerini də demədilər. Axmaqlar”, – deyə Ağ Ev rəhbəri qeyd edib.

Qeyd edək ki, ABŞ terrorizmlə mübarizə çərçivəsində Pakistanda maliyyə yardımı ayırırdı. (Axar.az)









Redaktorun seçimi