Rusiya ilə böyük müharibə başlayacaq - Romanenko

Hit: 354
Rusiya ilə böyük müharibə başlayacaq - Romanenko

Rusiya hökuməti Azov dənizini Ukrayna gəmiləri üçün bağlaya bilər. Bu isə öz növbəsində tərəflər arasında böyük müharibəyə səbəb olar.

Faktor.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəis müavini İqor Romanenko danışıb. Onun sözlərinə görə, belə olan halda müharibə aparmaq məqsədyönlü olmaz, çünki Ukrayna ordusu Rusiyanın hücumuna cavab vermək iqtidarında deyil.

"Qərb bizə qoşun verməyəcək. Çünki onlar müharibənin miqyasının genişlənməsini və Üçüncü Dünya müharibəsinə çevrilməsini istəmir. İqtisadi, diplomatik və hərbi sahələrdə isə fəal şəkildə bizə dəstək verəcəklər, ancaq Ukrayna üçün vuruşmaq istəməyəcəklər", - Romanenko bildirib.









Redaktorun seçimi