Akar Danfordla görüşdü: YPG ilə əlaqəni kəsin...

Hit: 356
Akar Danfordla görüşdü: YPG ilə əlaqəni kəsin...

Türkiyənin Müdafiə naziri Hulusi Akar ABŞ Baş Qərargah rəisi Cozef Danfordla görüşüb.

Faktor.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

"Danfordla görüşdə tezliklə PKK-dan heç bir fərqi olmayan YPG ilə münasibətlərin kəsilməsini gözlədiyimizi dilə gətirdik", - Akar bildirib.

Qeyd edək ki, dünən də Hulusi Akar Kanadada keçirilən Halifaks Beynəlxalq Təhlükəsizlik Forumunda çıxışı zamanı ABŞ-ın YPG ilə əlaqələrini kəsməli olduğunu vurğulamışdı.









Redaktorun seçimi