Lüks oteldə qeydə alınan görüntülər ölkəni ayağa qaldırdı - VİDEO

Hit: 3726
Lüks oteldə qeydə alınan görüntülər ölkəni ayağa qaldırdı - VİDEO

Çində bir sosial paylaşma saytında yayımlanan videoda beş ulduzlu lüks oteldə təmizlik işçisinin eyni dəsmalla əvvəl yerləri, sonra əlüzyuyanı daha sonra da otaqdakı stəkanları sildiyi görüntülər ölkədə hiddətə səbəb olub.

“Stəkanların sirri” adlı videoda dünya şöhrətli 5 ulduzlu bir oteldə təmizlik işçisi otel otağını təmizləyərkən görüntülənib. Bir müştəri tərəfindən gizlicə qeydə alınan video yüksək qiymətlərinə rəğmən lüks otellərin gigiyena qaydalarına əməl etmədiklərini ortaya qoyub.

Videoda otelin təmizlik işçisinin eyni dəsmalla əvvəl yerləri, sonra əlüzyuyanı da sonra da otaqdakı stəkanları sildiyi aydın görünür. (Moderator.az)

 

 









Redaktorun seçimi