Hitlerin nadir fotosu hərracda satıldı

Hit: 403
Hitlerin nadir fotosu hərracda satıldı

Alman dictator Adolf Hitlerin nadir fotolarından biri ABŞ-da hərrac vasitəsilə satılıb.

Faktor.az ölkə.az-a istindən bildirir ki, Adolfun yəhudi bir ailənin qızı ilə çəkdirdiyi fotoya 11 min dollar ödəyən alıcı tapılıb.

İlk baxışdan bir qız uşağını qucaqlayan Adolfun fotosu normal görünə bilər. Amma əslində 6 milyon yəhudinin ölümündə günahkar olan nasist liderinin yəhudi qızını qucaqlaması qəribədir.

Foto 1933-cü ildə çəkilib və qızın adı Roza Bernil Nenaudur. Merilend ştatındakı  "Alexander" tarixi hərrac evi fotoqraf Henri Hoffman tərəfindən lentə alınan fotonu 11 min dollar satıb.

Hitler foto çəkildikdən sonra Roza ilə dostlaşıb. Amma 5 il sonra yanındakıların müdaxiləsi ilə uşaqla əlaqəsini kəsib.

Hitler Roza ilə eyni gündə anadan olduqları üçün tanış olub. Roza ilə anası o dövrdə baş nazir olan Hitlerin ad gününü qeyd etmək üçün Adolfun Alp Dağlarındakı Berghof rayonundakı evinin qarşısına toplaşan kütlənin içində olub. Adolf eyni gündə anadan olduqlarını öyrəndikdən sonra Roza və anası Karolini evinə dəvət edib. Fotolar da o vaxt çəkilib.

Roza 17 yaşı olanda, Münhendəki xəstəxanaların birində iflicdən dünyasını dəyişib.









Redaktorun seçimi