Atadan 15 yaşlı qızına qarşı İYRƏNC HƏRƏKƏT: 10 il boyunca zorladı, sonra... - ŞOK TƏFƏRRÜAT

777 dəfə oxunub
Atadan 15 yaşlı qızına qarşı İYRƏNC HƏRƏKƏT: 10 il boyunca zorladı, sonra... - ŞOK TƏFƏRRÜAT

10 il doğma atası tərəfindən cinsi istismara məruz qalan qızın başına gələn müsibətlər anasının zibillikdən tapdığı məktub sayəsində aşkara çıxıb.

Faktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ana qızına eşq məktubu yazan atanı polisə şikayət edib. Təcavüz ittihamı ilə saxlanılan ata həbs olunub.

10 il boyunca atasının təcavüzünə məruz qalan qızcığaz bu barədə kiməsə danışmaqdan çəkinib. Bundan istifadə edən əxlaqsız ata doğma qızına sevgi məktubu yazmaqdan da utanmayıb. Gənc qız isə məktubu cıraraq zibil qutusuna atıb. Ancaq anası zibil qabındakı cırılmış kağız parçalarını birləşdirərkən gördüyü mənzərədən şoka düşüb. Hadisəni ört basdır etməyən ana və qızın əmiləri kişini polisə verib.

İlkin dindirilmədən sonra məlum olub ki, qız ilk dəfə 15 yaşında atası tərəfindən təcavüzə məruz qalıb. Hamilə anası xəstəxanada olarkən atası qızına təcavüz edib. Və bu zülm 10 il davam edib. Gənc qız utandığından vəziyyəti heç kimə izah edə bilməyib. 16 yaşında intihara cəh edən qız polisə ifadəsində atasından şikayətçi olduğunu bildirib. (publika.az)



Redaktorun seçimi