"Ebola"ya yoluxan 300 şəxsdən 186 nəfəri vəfat etdi

133 dəfə oxunub
"Ebola"ya yoluxan 300 şəxsdən 186 nəfəri vəfat etdi

Konqo Demokratik Respublikasında iyulun sonlarından etibarən "Ebola" virusuna yoluxanların sayı 300 nəfərə çatıb.

Faktor.az Trend-ə istinadən bildirir ki, həmin şəxslərdən 186 nəfəri vəfat edib.

Yoluxanların Şimali Kivu və İturi vilayətlərində qeydə alındığı bildirilir. Xəstəliyə yoluxanlardan 88 nəfər müalicə olunub.

Qeyd edək ki, vəziyyətlə əlaqədar Konqo DR-da Ümumdünya Səhiyyə Təşkilatının 250-dən çox mütəxəssisi işləyir.



Redaktorun seçimi