Danimarkada üç iranlı həbs edilib

136 dəfə oxunub
Danimarkada üç iranlı həbs edilib

Danimarkada İranın Əhvaz şəhərində baş verən terror aksiyasına dəstək ifadə etdiyinə görə müxalifət mövqeyində olan 3 nəfər iranlı həbs edilib.

Faktor.az AZƏRTAC-a istinadən bildirir ki, İran rejiminə qarşı olan bu insanlar müxtəlif ictimai yerlərdə və toplantılarda Əhvazdakı terror aksiyasını dəstəklədiklərini ifadə ediblər.

Danimarka qanunlarına görə terrora dəstək ifadə edənlər cinayət məsuliyyətinə cəlb olunurlar. Polisin məlumatına görə, bu şəxslər məhkəmənin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilə bilərlər.

Xatırladaq ki, cari ilin sentyabrın 22-də Əhvazda keçirilən hərbi parad zamanı terrorçular tədbir iştirakçılarını atəşə tutublar. Nəticədə 25 nəfər həlak olub. Həlak olanların arasında uşaq və qadınlar da olub.

İran mətbuatı yazır ki, Danimarkada həbs olunanlar "Əl-Əhvazi" terror qruplaşmasının üzvləridir və Əhvazdakı terror aksiyasını da məhz bu qruplaşma həyata keçirib.



Redaktorun seçimi