Təyyarə meyvəyə görə məcburi eniş etdi

152 dəfə oxunub
Təyyarə meyvəyə görə məcburi eniş etdi

İndoneziya hava yollarına məxsus, Cakartadan Bengkulu şəhərinə uçan təyyarə adi bir meyvəyə görə məcburi eniş edib.

Faktor.az oxu.az-a istinadən bildirir ki, sərnişinlərin təyyarənin salonundan çox ağır qoxunun gəlməsindən şikayət etməsi təyyarənin yolunu dəyişməsinə səbəb olub.

Təyyarənin yük yerinə yığılmış iki ton durian meyvəsinin iyi bütün təyyarəni bürüyüb və sərnişinləri narahat etməyə başlayıb.

Təyyarə kapitanı sərnişinlərin tələbi əsasında məcburi eniş əmri verib.

Xatırladaq ki, durian meyvəsi çox pis qoxuya malik olması ilə fərqlənir.



Redaktorun seçimi