Türkiyədə suriyalılar partiya yaradır - Ölkənin cənub-şərqi ərəbləşir

62 dəfə oxunub
Türkiyədə suriyalılar partiya yaradır - Ölkənin cənub-şərqi ərəbləşir

CHP-nin eks millət vəkili Ümid Oran:  Suriyalılar partiya yaratmaq istəyirlər

CHP-nin keçmiş millət vəkili Ümid Oral bildirib ki, Türkiyənin cənub-şərqində məskunlaşan suriyalılar partiya yaratmaq istəyirlər.

Faktor.az xarici mediaya istinadən bildirir ki, millət vəkili Ü. Oral mətbuata açıqlamasında deyib: “Cənub şərqi Anadolu layihəsi  ilə bağlı vədlərin heç biri gerçəkləşməyib. 1,8 milyard ərazinin suvarılacağını və 3,2 milyon nəfərin işlə təmin olunacağını bildirirdilər.”

Deputat bildirib ki, 1,4 milyon suriyalı bu bölgəsində məskunlaşıb: “bu bölgə milli gəlirin tam olaraq yarısını alır. Bölgədə işsizlik Türkiyənin orta işsizlik göstəricisindən 2 dəfə çoxdur. Suriyalıların çoxluğu yerli vətəndaşların qərbə köçməsinə səbəb olub”.

Ü. Oral həmçinin bildirib ki, GAP suvarma layihəsinin yalnız 45 faizini gerçəkləşdirib. “Planı tamamlaya bilsəydilər, kənd təsərrüfatı məhsulları ölkə üzrə 3 qat artıq olardı” deyə deputat əlavə edib.

Ü. Oral Türkiyə hakim partiyasının suriayalılara yönələn siyasətinin dəyişilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, Urfadakı mərkəzi xəstəxana suriyalılara ayrılıb. Türkiyə vətəndaşları isə 10 km uzaqda yerləşən xəstəxanaya getmək məcburiyyətindədirlər.

Ölkədəki doğum statistikasını nəzərə çarpdıran Ü. Oral bildirib: “hazırda suriyalılar əhalinin 5 faizini təşkil edir. 10 ildən sonra 10 faizə çatacaq. Nəticədə sosial, mədəni, hətta siyasi müstəvidə ciddi dəyişikliklər olacaq. Kilisdə siyasi təşkilatlanmaya meyl var. Artıq partiyalarını yaratmaq fikrindədirlər. Bunun üçün onları qınaya bilmərik. Amma qeyri-sabitlik də istisna deyil”.

 

Cavid Zahidoğlu

Faktor.az

 



Redaktorun seçimi