Camal Qaşıqçının oxşarının görüntüsü yayıldı

Hit: 332
Camal Qaşıqçının oxşarının görüntüsü yayıldı

Camal Qaşıqçının geyimlərini geyinərək konsulluqdan çıxarılan bir şəxsin görüntüləri yayılıb.

Faktor.az xarici mediaya istinadən xəbər verir ki, C.Qaşıqçının öldürülməsinin ardından konsulluqda olan bir şəxsə onun geyimləri geyindirilib. Daha sonra saxta sübut üçün şəxs binadan çıxarılıb. Görüntüləri Nəzarət kameralarında əks olunan saxta “Camal Qaşıqçı”, əslində, mərhum jurnalistdən 2 saat öncə konsulluğa daxil olan Mustafa əl Mədənidir.

Məlumata görə nəzarət kameralarında C.Qaşıqçının öz görüntüləri də var. Son anlarının əks olunduğu videoyazıda C.Qaşıqçı  nişanlısı Xədicə Çingiz ilə birlikdə olub. Onlar evləndikdən sonra oturacaqları Türkiyənin Topqapıdakı şəhərciyindən çıxıblar.

Cavid Zahidoğlu

Faktor.az

 









Redaktorun seçimi