Gərginlik artdı - Rusiyadan nüvə açıqlaması

Hit: 315
Gərginlik artdı - Rusiyadan nüvə açıqlaması

Faktor.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp soyuq müharibə dövründə imzalanan  quruda nüvə başlıqlı raketlərin inkişafına qadağa qoyan sazişdən çıxmaqla Rusiyanı hədələyib.

 Mətbuata açıqlama verən D.Tramp bildirib ki, Rusiya anlaşmanı pozub: “biz də müqaviləyə əməl etməyəcəyik.”

1987-ci ildə ABŞ Prezidenti R.Reyqan və M.Qarbaçovun birgə imzaladığı “Orta Mənzilli Nüvə Gücləri” müqaviləsi hər iki ölkəyə yaxın və orta mənzilli raketlərlə Avropaya və Alyaskaya zərbə endirməsini qadağan edirdi.

 ABŞ-ın addımı rəsmi Moskvanın təhdidinə səbəb olub. Rusiya  Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov ABŞ-nin müqavilədən birtərəfli kənarlaşmasını “son dərəcə təhlükəli hal” kimi qiymətləndirib: “Birləşmiş Ştatların bu addımına hərbi-texniki qarşılıq verilməlidir.”

Kremlin sözçüsü bildirib ki, Rusiya prezidenti Vladimr Putin bu həftə D.Trampın Milli Təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton ilə görüşəcək. Görüş zamanı V.Putin ABŞ-nin müqavildən çıxma səbəblərini də müzakirə edəcək.

Cavid Zahidoğlu

Faktor.az

 









Redaktorun seçimi