ABŞ Putinin sözlərini təsdiqləmədi: Xəbərimiz yoxdur

Hit: 304
ABŞ Putinin sözlərini təsdiqləmədi: Xəbərimiz yoxdur

İŞİD-in Suriyanın Deyr əz-Zor şəhərində çox sayda insanı girov götürməsi barədə hər hansı bir məlumata malik deyilik.

Faktor.az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Şon Robertson deyib.

Rusiya Prezidenti Vladimir Putinin açıqlaması barədə danışan Robertson bunları deyib:

"Ötən həftə Deyr əz-Zor yaxınlığındakı qaçqın düşərgəsinə hücumları təsdiqlədik, ancaq Putinin dediyi kimi, çoxlu girovların olması barədə bir məlumata malik deyilik. Həmin rəqəmlərə şübhə ilə yanaşırıq. Bundan başqa, bu düşərgədəki ABŞ vətəndaşları haqqında da məlumatımız yoxdur".









Redaktorun seçimi