Milyarder Əhmədov məhkəmədə keçmiş həyat yoldaşına uduzdu - FOTOLAR

Hit: 308
Milyarder Əhmədov məhkəmədə keçmiş həyat yoldaşına uduzdu - FOTOLAR

Moskva şəhər məhkəməsi milyarder Fərhad Əhmədovun aşağı instansiya məhkəməsinin qərarından apellyasiyasını rədd edib. Aşağı instansiya məhkəməsi milyarderin boşanma qərarından imtina etmişdi. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “Bloomberg” məlumat yayıb.

Moskva məhkəməsi Zyuzinsk rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb. Qərara əsasən, milyarderin 16 il əvvəl Rusiyada boşanması faktı rədd edilib. Əhmədov bununla bağlı kifayət qədər sübut təqdim edə bilməyib. 

“Kassasiya şikayəti veriləcək. Fərhad Əhmədov Ali Məhkəməyə kimi getmək niyyətindədir”, - biznesmenin vəkili İrina Şeqlovadeyib.“Moskva şəhər məhkəməsi iddiaya baxmadan aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Ədalətli məhkəmə qərarının əldə olunmasına çalışacağıq. Moskva məhkəməsi öz sistemini qoruyur. Bu qərardan müvafiq instansiyalara şikayət ediləcək”, - Əhmədov bildirib. 

Əhmədovun iddialarına görə, o, həyat yoldaşı Tatyana ilə yeddi illik nikahdan sonra 2000-ci ildə Rusiyada boşanıb. Eyni zamanda, milyarderin sabiq həyat yoldaşı 2003-cü ildə Böyük Britaniyada boşanma prosesinə yenidən baxılmasına nail olub.

“Fərhad Əhmədov Tatyanaya 2000-ci ildə Rusiyada boşandıqlarını xatırlatmalı olub. Bunun üçün Zyuzinsk rayon məhkəməsinə lazımi sənədlər təqdim olunub. Lazımi sənədləri əldə etdikdən sonra Tatyana Əhmədova 2004-cü ildə sabiq həyat yoldaşından gizli olaraq Moskvanın Meşansk şəhər məhkəməsinə nikahın pozulmasına dair Zyuzinsk məhkəməsinin qərarının ləğv edilməsi ilə bağlı müraciət edib. Qanuni sual: Zyuzinsk məhkəməsində 2003-cü ildə baxılan iş hara yoxa çıxıb və 2004-cü ildə niyə onlar yox idilər?”, - iş adamının müdafiəçisi bildirib. 

Tatyana Əhmədova London məhkəməsində istəyinə nail olub. Bu məhkəmənin qərarında nikahın 2013-cü ilədək davam etdiyini bildirib. Bu qərardan sonra o, biznesmendən bu illər ərzində ona düşən payı tələb edib. 2012-ci ildə Əhmədov “Nortqaz” qaz şirkətinin ona aid olan hissəsini 1,375 milyard dollara satıb. Bununla əlaqədar London məhkəməsi 2017-ci ilin mayında Əhmədovdan keçmiş arvadı Tatyanaya 453 milyon funt sterlinq (582,65 milyon dollar) ödənilməsini tələb edib. Milyarder bu qərarla razılaşmayıb. 

Bu ilin aprelində London məhkəməsi ödənişdən imtina edən Əhmədova aid dəyəri 492 milyon dollar olan “Luna” yaxtasına həbs qoyulması ilə bağlı qərar qəbul edib.

1








Redaktorun seçimi