Qaşıqçının "pay"ı ortada qaldı - Türkiyə-ABŞ-Səudiyyə üçbucağında - Kim nə qazanacaq?

Hit: 322
Qaşıqçının "pay"ı ortada qaldı - Türkiyə-ABŞ-Səudiyyə üçbucağında -  Kim nə qazanacaq?

Camal Qaşıqçını kim öldürdü?

Camal Qaşıqçı qalmaqalı davam edir. Oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbul  Baş Konsulluğuna daxil olduqdan sonra haqqında  bir daha xəbər alınmayan jurnalist Camal Qaşıqçı diplomatik böhrana  səbəb oldu..

   Qaşıqçı təhqiqatı Türk və Səudiyyə rəsmiləri tərəfindən davam edir. Camal Qaşıqçı öldürüldümü? Səudiyyəli jurnalist Camal Qaşıqçının itməsinin ardından günlər keçdi. Sözü gedən şəxs  səudiyyəli islahatçılar üçün önəmli bir platforma olan əl-Vətən qəzetinin əsas yazarlarından olan, Qərb mediasında Orta Şərq ilə bağlı xəbərləri ilə tanınan jurnalistdir. Camal Qaşıqçı 2 oktyabrda rəsmi-işgüzar məqsədlə Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna gəldikdən sonra müəmmalı şəkildə yoxa çıxıb. Onun haqqında şok iddia irəli sürülüb. Amerikanın CNN televiziyası  Səudiyyə Ərəbistanının jurnalistin itməsi ilə bağlı “elçilikdə sorğulama zamanı öldüyünü qəbul edəcəkləri barədə raport hazırladığını” iddia edib. Səudiyyə rəsmiləri bildirib ki, ölüm yalnış gedən sorğulama nəticəsində olub.

CNN-dən maraqlı iddia

 CNN televiziyası da Camal Qaşıqçının İstanbul Baş Konsulluğunda keçirilən sorğulama zamanı həyatını itirdiyini iddia edib. Televiziya bu xəbərində adını açıqlamadığı iki fərqli mənbəyə istinad etdiyini bilidirir.

   Raport artıq hazırlanma mərhələsindədir. Raportda həmçinin sorğulanmanın gizli bir plan olduğu, bəzi şəxslərin hadisəyə görə məsuliyyət daşıyacaqları bildirilib.

   Məlumata görə yaşanan hadisənin səbəbkarları planı özləri qurub və yuxarı təşkilatlardan heç bir göstəriş almayıblar.

   Təhlükəsizlik xidməti mənbələrinin məlumatında isə göstərilib ki, Qaşıqçı iki oktyabrda ailə məsələləri üçün Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna gedib. Baş Konsulluğun binasında eyni saatlarda iki təyyarə ilə İstanbula gələn, aralarında rəsmilərin də olduğu 15 Səudiyyə vətəndaşının gəldiyi, daha sonra onların gəldikləri ölkələrə döndükləri bildirilib.

Səudiyyə mətbuatından açıqlama gəldi: 15 nəfərlik qrup nəzarət altındadır.

   Səudiyyə Ərəbistanı mətbuatı Camal Qaşıqçı hadisəsi üçün İstanbula gəldiyi iddia olunan 15 nəfərin nəzarət altında olduğunu bildirib. Səudiyyə Ərəbistanı hökumətinə məxsus olan Elaph qəzetinin kollektivi İstanbul Baş Konsulluğunda olub. Əməkdaşlar bildirib ki, sözü gedən 15 nəfər nəzarətə götürülüb. Onlardan İstanbula gəlmə səbəbləri və burada gördükləri işlər sorğu-sual edilib.

Qaşıqçı cinayətini dərin dövlətin üzərinə yıxacaqlar.

   CNN İnternational öldürüldüyü düşünülən jurnalistlə bağlı yeni iddianı açıqlayıb. Verdiyi xəbərə görə Qaşıqçı hadisəsi ilə bağlı Səudiyyə Ərəbistanından gələn işçi qrup jurnalistin ölümü ilə əlaqədar raport hazırlayıb. Raportda yazılır: “Qaşıqçını qaçırma məqsədi ilə plan qurulub. Lakin işlərin tərsliyindən jurnalist həyatını itirib.”

Cavid Şeydayev

Faktor.az

  

 

 









Redaktorun seçimi