Qaşıqçı ölməyib, nişanlısı isə kişidir - ŞOK İDDİA

Hit: 302
Qaşıqçı ölməyib, nişanlısı isə kişidir - ŞOK İDDİA

Cemal Kaşıkçı hadisəsindən sonra Ərəb dünyasında yayılan yalan xəbərlər

   BBC-nin izləmə xidmətinin dərgilədiyi sosial mediya paylaşımlarının birində Cemal Kaşıkçının nişanlısı Hatice Cengizin həqiqətdə bir kişi olduğu iddia edildi.

   Bəzi Səudiyya sosial şəbəkə istifadəçilərinin fikrincə Kaşıkçının türk nişanlısı Hatice Cengiz, əslində, Türkiyədə yaşayan Misirin müxalif simalarından Məhəmməd Məhsubdur. Müsəlman Qardaşlar Təşkilastının üzvü olan bu şəxs qadın qılığına girərək özünü jurnalistin nişanlısı kimi təqdim edib. Cemal Kaşıkçının isə itdiyi xəbəri uydurulub. Paylaşımlarda Məhəmməd Məhsubun fotoları da yer alıb.

   Saxta əl-Cəzirə tvitteri

   Servisin araşdırılmasından sonra Qatar əmirliyinə tabe olan əl-Cəzirə xəbər kanalının tvitter hesabından “yalan söylədikdən sonra 50-dən çox mesajı sildikləri” iddia edilib.

   Məhəmməd əl-Sheqa adlı bir istifadəçi paylaşımların silinməsinin əl-Cəzirənin yalan söylədiyinin sübutu hesab edib. Məhəmməd əl-Sheqa bildirib ki, əl-Cəzirə “Türk mənbələri: Kaşıkçı konsulluqda olarkən Səudiyya rəsmiləri iki təyyarə ilə gəldi” xəbərini silib. Lakin əl-Cəzirənin hesabında bu tvitter paylaşımı hələ də qalır.

   Əl-Cəzirənin paylaşdığı iddia edilən “Kaşıkçı: mən ölüyəm. İstanbulda Səudiyya konsulluğunda öldürüldüm və parçalara ayrıldım ”  tvitter yazısının həqiqət olmadığı məlum oldu.

   Türk mətbuatında “Səudiyya Ərəbistanından 15 nəfərlik sui-qəsd qrupu gəldiyi” haqqındakı xəbərlər də sosial şəbəkələrdə gündəmdə olub.

   Səudiyya hökuməti tərəfindən dəstəklənən əl-Ərəbiyya xəbər saytı bu xəbərlərin sonra Türk rəsmiləri tərənfindən təkzib edildiyini, gələn şəxslərin isə Türk rəsmiləri ilə çalışacaq müfəttişlər olduğu fikri irəli sürüldü.

Faktor.az

 









Redaktorun seçimi