Tramp Ağ Evin bəzi əməkdaşlarına etibar etmir

Hit: 248
Tramp Ağ Evin bəzi əməkdaşlarına etibar etmir

ABŞ prezidenti Donald Tramp Ağ Evin heç də bütün əməkdaşlarına etibar etmir.

Bu barədə o, CBS telekanalının efirindəki "60 dəqiqə" proqramında bildirib.

"Mən Ağ Evdə hamıya inanmıram, sizinlə açıq danışacam", - deyə ABŞ prezidenti etiraf edib. Donald Tramp daha əvvəl bildirib ki, dünyada bir çox ölkələrin liderləri Birləşmiş Ştatlara hörmət edirlər.

Qeyd edək ki, bir neçə gün əvvəl "New York Times" Ağ evdə vəzifədən gedən və yaxud istefaya göndərilən rəsmilərin siyahısını dərc edib. Qəzetin məlumatına görə, hazırkı prezident gələndən kadrların Ağ Evdəki mühüm vəzifələrdən axını ilə bağlı görünməmiş hal yaşanır. Nəşr xatırladıb ki, D.Tramp dövründə ictimaiyyətlə əlaqələr direktoru vəzifəsinə dörd dəfə təyinat olub. Bunlardan Antoni Skaramuççi vəzifəsində iki həftə, Houp Hiks isə altı ay qalıblar.









Redaktorun seçimi