Deputatın evinə basqın: Arvadını döyüb, 500 min oğurladılar...

1241 dəfə oxunub
Deputatın evinə basqın: Arvadını döyüb, 500 min oğurladılar...

Rusiya Voronej Vilayət Dumasının deputatının evinə silahlı basqın olub.

Faktor.az xəbər verir ki, evə qanunsuz daxil olan 5 naməlum şəxs deputatın həyat yoldaşını, oğlunu döyüb və 500 min rubl oğurlayaraq oradan uzaqlaşıb.
Deputatın evinə basqın yerli vaxtla 00:30 radələrinə baş verib.

Məlumata görə, oğrulardan birinin əlində "Makarov” tipli tapança olub.

Sözügedən məbləğlə yanaşı, evdən qiymətli zinət əşyalarının da oğurlandığı deyilir.
Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, adı açıqlanmayan deputatın eyni zamanda "Eko NivaAqro”nun icraçı direktoru olduğu deyilir.(Axar.az)



Redaktorun seçimi