Həbib Nurməhəmmədov və Konor Makqreqorla bağlı şok qərar

90 dəfə oxunub
Həbib Nurməhəmmədov və Konor Makqreqorla bağlı şok qərar
ABŞ-ın Nevada ştatının atletika komissiyası ötən bazar Las-Veqasda keçirilən UFC 229 turniri ilə bağlı qərar verib.
 
Fanat.Az xəbər verir ki, komissiyanın qərarına əsasən, rusiyalı Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor müvəqqəti olaraq diskvalifikasiya edilib.
 
Qərar 15-24 oktyabr tarixlərini əhatə edəcək. Bundan sonra komissiya döyüşçülərə sanksiyalar barədə qərar verəcək. 
 
Qeyd edək ki, Nurməhəmmədov-Makqreqor döyüşü oktyabrın 7-nə keçən gecə baş tutub. Əsas döyüşdə Nurməhəmmədov Makqreqora qalib gələrək yüngül çəkidə UFC çempionu titulunu qoruyub saxlayıb.



Redaktorun seçimi