Bu qadının əri arvadı oldu

39 dəfə oxunub
Bu qadının əri arvadı oldu

Avstraliyada yaşayan ailədə iki ana var.

Faktor.az xarici mətbuata istinadən xəbər verir ki, Susanna Liang adlı qadının ərinin etirafı ilə həyatının şokunu yaşayıb. Belə ki, o, həyat yoldaşına cinsiyyətini dəyişdirmək istədiyini söyləyib. Ərinin bu etirafından qorxsa da onun qərarına hörmətlə yanaşıb və cinsiyyət dəyişimi üçün müalicələrə başlanıb.

Əvvəllər övlad sahibi ola bilməyən cütlük müalicə oldunmağa başlayıb və bütün orqanizmlərində dəyişikliklər edilib. Hazırda 20 aylıq övladları onların hər ikisinə ana deyir. 

29 yaşlı Susanna Liang həyatlarının qəribə mərhələsini belə şərh edib:

"Ərim idi, ancaq indi arvadım oldu. Adreyin orqanizmi yavaş-yavaş dəyişdi, səsi incəldi, sonra qadın paltarları geyinməyə başladı. Adını isə Adrea olaraq dəyişdirdik. Övladımız böyüdükdə və suallar verməyə başladıqda ona hər şeyi danışacağıq. Birlikdə çox gözəl vaxt keçiririk. Alış-verişə gedir, gəzir, əylənirik. Onu həqiqətən çox sevirəm. Məncə əsil sevgi də elə budur".



Redaktorun seçimi