Tramla Putin "Sevgililər günü"ndə görüşəcək?

95 dəfə oxunub
Tramla Putin "Sevgililər günü"ndə görüşəcək?

ABŞ Prezidenti Donald Trampla Rusiyanın dövlət başçısı Vladimir Putin gələn ilin əvvəlində Finlandiyada yenidən görüşə bilərlər.

Faktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hər iki lider Finlandiyanın sədrlik etdiyi Arktika Şurasının 2019-cu ilin birinci yarısında keçirilməsi nəzərdə tutulan zirvə görüşünə dəvət ediliblər.

Hazırda gürüşün tarixi razılaşdırılır. Mümkün variantlardan biri 14 fevral - Müqəddəs Valentin günü göstərilir.

Qeyd edək ki, Donald Trampla Vladimir Putin arasında sonuncu görüş bu il iyulun 16-da Finlandiyanın paytaxtı Helsinki şəhərində keçirilib.



Redaktorun seçimi