Təbrizdə məktəbliləri aparan avtobus aşdı: 2 ölü, 40 yaralı

125 dəfə oxunub
Təbrizdə məktəbliləri aparan avtobus aşdı: 2 ölü, 40 yaralı

Təbrizdə avtobusun aşması nəticəsində 2 nəfər ölüb, 40 nəfər yaralanıb.

Faktor.az Trend-ə istinadən xəbər verir ki, avtobusda məktəblilər olub.

Şərqi Azərbaycan valisinin siyasi-təhlükəsizlik məsələləri üzrə müavini Rəhim Şöhrətifər deyib ki, hadisə Xavəran şəhərciyində baş verib.

Qırmızı Aypara Cəmiyyəti və yanğınsöndürmə əməkdaşları hadisə yerinə cəlb olunublar.

Yaralıların əksəriyyəti evə buraxılıb, bir nəfər əməliyyat olunub.



Redaktorun seçimi