Nyu-Yorkda üçüncü cinsə icazə verildi

25 dəfə oxunub
Nyu-Yorkda üçüncü cinsə icazə verildi

Nyu-York meri Bill de Blazio doğum haqqında şəhadətnamədə üçüncü cinsin göstərilməsinə icazə verən sərəncam imzalayıb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “Reuters” məlumat yayıb. 

Məlumatlara görə, bununla da Nyu-York şəhəri ABŞ-da Kaliforniya, Oreqon, Vaşinqton və Nyu-Cersidən sonra anoloji addım atan beşinci yer olub. Qeyd edilib ki, transseksuallar uzun müddət bu düzəlişin qəbul olunmasına çalışıb. 

Bildirilib ki, özünü kişi və ya qadın kimi apara bilməyən şəxslər məktubla müraciət edərək, doğum haqqında şəhadətnaməsində dəyişiklik edə bilər. Bunun üçün tibbi arayışa ehtiyac yoxdur.



Redaktorun seçimi