Ermənistan dekabrda növbədənkənar seçki keçirəcək

156 dəfə oxunub
Ermənistan dekabrda növbədənkənar seçki keçirəcək

Ermənistan parlamentinin bir qrup deputatı baş nazir Nikol Paşinyana müraciət edərək, növbədənkənar parlament seçkilərinin dekabr ayında keçirilməsini dəstəkləyib.

Faktor.az modern.az-a isitnadən xəbər verir ki, müraciətə Respublika Partiyasından Taçat Vardapetyan, Alik Sarqsyan, Arman Saakyan və Akop Akopyan qoşulub. Bundan başqa, "Tsarukyan" blokundan İşxan Zakaryan, bitərəf Samvel Aleksanyan və Arutyun Karapoqosyan da təklifə imza atıblar.

Bundan əvvəl, Nikol Paşinyan parlament seçkilərinin dekabr ayında keçirilməsi üçün razılaşma əldə etmişdi. Ümumilikdə, Nikol Paşinyanın seçki təklifini parlamentin 55 deputatı dəstəkləyir.



Redaktorun seçimi