İran televiziyasından azərbaycanlılara qarşı NÖVBƏTİ TƏHQİR - VİDEO

49 dəfə oxunub
İran televiziyasından azərbaycanlılara qarşı NÖVBƏTİ TƏHQİR - VİDEO

İran televiziyalarında Azərbaycan türklərinin aşağılanması prosesi davam etdirilir.

Kult.az xəbər verir ki, əksər filmlərdə mənfi obrazın türk ləhcəli aktyorlar tərəfindən canlandırılması halı bu dəfə animasiyada müşahidə olunub.

“Puya” kanalında yayımlanan “Mədrəsə qəhrəmanları” animasiyasındakı bir mənfi obrazın azərbaycanlıya aid olması göstərilib. Market sahibi kimi çıxış edən türk obraz keyfiyyətsiz xarici mal satır və bir çox məhsulu müştərilərdən gizlədir.

 

Qeyd edək ki, İran rejiminin assimilasiya siyasətinin bir hissəsi olan türk ləhcəsi ilə danışan aktyorlara mənfi rolun verilməsi son illərdə dəfələrlə azərbaycanlıların kütləvi etirazına səbəb olub.

 



Redaktorun seçimi