"Lotu Quli" ləqəbli Nadir Səlifov İstanbulda həbs edildi - SON DƏQİQƏ

4853 dəfə oxunub
"Lotu Quli" ləqəbli Nadir Səlifov İstanbulda həbs edildi - SON DƏQİQƏ
Bu saatlarda İstanbul polisi "Lotu Quli" ləqəbli tanınmış qanuni oğru Nadir Səlifovu saxlayıb.
 
Faktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, onun telekonfransla Rusiyadakı iş adamlarından xərac aldığı iddia edilib. 
 
Əməliyyatı İstanbul Polisinə nəzdində olan Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsinin briqadaları həyata keçirilib. Qanuni oğrunun Rusiyanın Rembler.ru portalında dərc edilən xəbərin ardından nəzarətə alınması diqqət çəkib.
 
İddiaya görən Nadir Səlifov Rusiyada, xüsusilə Kalujsk bölgəsindəki topdansatışla məşğul olan iş adamlarından xərac alırmış. Onun bu işi internet vasitəsiylə həyata keçirdiyi bildirlir.
 
Məlumata görə, Rusiyada topdansatış ticarətçilərinin çox olduğu bu bölgənin nəzarəti 2016-cı ilin avqustunda Beşiktaşda öldürülən Rövşən Caniyevin əlində olub. 
 
Onun öldürülməsində əsas şübhəlilərdən biri kimi "Lotu Quli"nin adı çəkilirdi. Hazırda N.Səlifovun həmin ərazilərin nazarətini ələ keçirdiyi bildrilir.
 



Redaktorun seçimi