“İncil”i dünyanın min dilinə tərcümə ediblər

69 dəfə oxunub
“İncil”i dünyanın min dilinə tərcümə ediblər

“İncil”i Cənubi Sudan, Uqanda və Konqo əhalisinin danışdığı keliko dilinə tərcümə ediblər. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “The Сhristian Post” nəşri məlumat yayıb.

Bu, “İncil”in mininci dilə tərcüməsidir. 

Məlumatlara görə, “İncil” keliko dilinə Uqandadakı Bidi-Bidi miqrant sığınacağında tərcümə edilib. 

Qeyd edilib ki, 2025-ci ilədək “İncil”in bütün dünya dillərinə tərcüməsi nəzərdə tutulub. 



Redaktorun seçimi