Əmisi 12 yaşlı qızı borcu olduğuna görə qoca kişiyə satdı - "3 kişi və 1 qadın qaçmamağım üçün məni tutdu və..."

Hit: 4027
Əmisi 12 yaşlı qızı borcu olduğuna görə qoca kişiyə satdı - "3 kişi və 1 qadın qaçmamağım üçün məni tutdu və..."

Nigeriyada ailələrin borc ödəmək üçün satdığı qızlar yaşadıqları əzablardan danışıblar.

Bədbəxt qızlardan biri “Bizə pul gəlini deyirlər. Daha uşaq ikən babam yaşında bir adama ərə getdim və 12 yaşımda hamilə qaldım” deyib.

Faktor.az Moderator.az-a istinadən xəbər verir ki, anası və əmisi tərəfindən satılan qız “Ərə getdiyim adam mənə təcavüz etsin deyə əllərimi və ayaqlarımı tutmuşdular. 3 kişi və 1 qadın qaçmamağım üçün məni bərk saxlamışdılar.Təcavüzə məruz qaldım. Adam yaşlıydı. Mənimlə yaxşı rəftar etmirdi, hər gün döyürdü. Bir dəfə məni öldürsə belə, kimsənin səsinin çıxmayacağını dedi” – deyərək yaşadığı dəhşətləri açıqlayıb.

Ölkədəki uşaq hüquqları müdafiəçisi bu ağlasığmaz ənənə ilə bağlı ” Bəziləri uşaqları fəhlə kimi işlədir. Bəziləri isə fahişəliyə məcbur edirlər. Hamilə qaldıqda isə qızın zorla verildiyi adam sevinir. Onlar üçün yeni uşaq yeni pul deməkdir” şəklində açıqlama verib.

Qeyd edək ki, 90-cı illərin əvvəlindən bəri bu cür qorxunc ənənələr yoxdur. Pul evliliyi 2009-cu ildən cinayət hesab edilsə də, bu günə qədər kimsə cəzalanmayıb.









Redaktorun seçimi