Tələbəsi ilə sevgili oldu və onu... - 16 yaşlı qızın faciəli sonu

Hit: 2149
Tələbəsi ilə sevgili oldu və onu... - 16 yaşlı qızın faciəli sonu
Honq Konqda arvadını və 16 yaşlı qızını yoqa topuna doldurduğu karbonmonoksit qazıyla zəhərləyərək öldürməkdə təqsirləndirilən anestezioloqa hökm oxunub.
 
Faktor.az Milli.Az-a istinadən xəbər verir ki, malaziyalı həkim 
 
ömürlük azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, Kimin arvadı Wong Siew-fing və qızı Lilynin cəsədləri 2015-ci ildə yol kənarında qapıları kilidli, "Mini Cooper" markalı avtomobildə tapılmışdı. Boşalmış halda tapılan yoqa topunun avtomobilin baqajında gizlədildiyi məlum olmuşdi. 53 yaşlı Khaw Kim-sunun bu topu arvadının maşınına yerləşdirdiyi bildirilirdi.
 
Prokurorluq "Honq-Konq Çin" Universitetində çalışan Kimin bir tələbəsi ilə sevgili olduğunu və arvadını "aradan çıxartmaq" üçün belə bir plan qurduğunu müəyyənləşdirmişdi.
 
Məhkəmə materiallarına görə, Khaw cinayətdən öncə iş yoldaşlarına qazı dovşanlar üzərində sınaqdan keçirmək istədiyini deyib. Təqsirləndirilən şəxs sonra polisə bu qazı evdəki siçanları öldürmək üçün istifadə edəcəyini deyib.








Redaktorun seçimi