ABŞ-da ATIŞMA: 3 nəfər ölüb, 5-i yaralanıb - YENİLƏNİB

Hit: 269
ABŞ-da ATIŞMA: 3 nəfər ölüb, 5-i yaralanıb - YENİLƏNİB

20:31

ABŞ-da silahlı toqquşma baş verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Merilend ştatının Harford dairəsində qeydə alınıb.

Belə ki, naməlum şəxslər arasında baş verən atışma nəticəsində 3 nəfər olub, 5 nəfər yaralanıb.

----------
19:12

ABŞ-ın Merilend ştatında atışma baş verib.

Faktor.az Trend-ə istinadən bildirir ki, Xarford dairəsinin şerifi Ceffri Qaler hadisə ilə bağlı təfərrüatlar verməsə də, çoxsaylı xəsarət alanlar olduğunu bildirib.

"Twitter" səhifəsində yerləşdirilən məlumatda yazılır: "Spesutia və Perrimen yolları rayonunda atışma olub. Çoxsaylı xəsarət alanlar var. Vəziyyət tez-tez dəyişir. Xahiş olunur, həmin rayondan uzaq durasınız".









Redaktorun seçimi