Tramp Paşinyanla görüşməyəcək

Hit: 354
Tramp Paşinyanla görüşməyəcək

Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində ABŞ prezidenti Donald Trampla Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş gözlənilmir. 

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan deyib.

“Paşinyan-Tramp görüşünün təşkili üçün müəyyən vaxt lazımdır. Biz ABŞ rəhbərliyi ilə bunun üzərində işlər aparırıq”, - Mnatsakanyan deyib. 

Bundan öncə Ermənistan mətbuatının yaydığı məlumata görə, Paşinyan Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək məqsədilə sentyabrın 23-də ABŞ-a səfər edəcək. 









Redaktorun seçimi