Azərbaycan 2017-ci ildə ABŞ-a güclü tərəfdaş olub - HESABAT

Hit: 286
Azərbaycan 2017-ci ildə ABŞ-a güclü tərəfdaş olub - HESABAT

Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizə sahəsində Amerika Birləşmiş Ştatlarının güclü tərəfdaşı olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin illik hesabatında deyilir.

Sənəddə qeyd edilir ki, ötən il Azərbaycan Hökuməti ölkənin quru və dəniz yolları ilə insan, pul və mal daşınmasına yönəlmiş terrorçuluq fəaliyyətinin aşkar edilməsi və qarşısının alınmasında fəal iş görüb. Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri terror hücumlarının qarşısının alınması, terrorçuların izlənməsi və həbsi ilə bağlı əməliyyatlar keçirib.

Hesabatda həmçinin bildirilir ki, Azərbaycan NATO-nun antiterror təşəbbüslərinə dəstəyini davam etdirib:

“Azərbaycan “İstanbul prosesi – Asiyanın ürəyi” beynəlxalq konfransında həmsədrlik edərək Əfqanıstanda təhlükəsizlik və sabitliyin möhkəmlənməsi üzrə səyləri davam etdirib. Azərbaycanda, həmçinin narkotik alverçilərinin terrorçuluğun maliyyələşdirilməsində rolunun müzakirə olunduğu işçi qrupunun iclası keçirilib”.









Redaktorun seçimi