Əlil qız gözəllik müsabaqisində heyran etdi - VİDEO

Hit: 337
Əlil qız gözəllik müsabaqisində heyran etdi - VİDEO

İtaliyanın Milan şəhərində "Miss İtalia 2018" gözəllik müsabiqəsi başa çatıb.

Milli.Az Eurpean-a istinadən bildirir ki, 18 yaşlı Kyara Bordi müsabiqəni 3-cü pillədə başa vurub.

Kyaranın sol ayağı dizdən kəsilib və o, protezdə gəzir.

13 yaşı olanda mopeddə qəzaya düşən və sol ayağı dizdən amputasiya olunan Kyara üçüncü yeri qələbə saydığını deyib.

"Belə məşhur müsabiqədə tutduğum yer mənim üçün qürur və fəxrdir. Protezli olmağım da problem deyil", - Kyara söyləyib.

 

Müsabiqədə Karlotta Maqqiorana qalib elan olunub, 2-ci yeri isə Fiorenza D-Antonio tutub.

Tələbə Kyara İtaliyada gözəllik müsabiqəsinin finalına çıxmış ilk əlil qızdır.









Redaktorun seçimi