Türkiyədə vətəndaşlıq almaq asanlaşdı

Hit: 462
Türkiyədə vətəndaşlıq almaq asanlaşdı

Türkiyədə vətəndaşlığın verilməsi haqqında 2010-cu ildə qüvvəyə minən qanunun 20-ci maddəsinə dəyişiklik edilib. 

Oxu.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, dəyişikliklərə əsasən, Türkiyədə vətəndaşlıq almaq istəyən şəxslərin yatırmalı olduğu sərmayənin həcmi 2 milyon dollardan 500 min dollara endirilib. 

Bundan başqa, Türkiyədə daşınmaz əmlaka sahib olan əcnəbilərin vətəndaşlıq alması üçün rüsum 1 milyon dollardan 250 min dollara kimi azaldılıb. 

Eyni zamanda, vətəndaşlığa keçmək üçün Türkiyə banklarında lazım olan əmanət məbləği 3 milyon dollardan 500 min dollara endirilib. 









Redaktorun seçimi