AKP binasına hücum edilib: Şübhəli şəxs saxlanıldı

Hit: 404
AKP binasına hücum edilib: Şübhəli şəxs saxlanıldı

Türkiyənin Əskişəhər bölgəsinin Mahmudiyə mahalında hakim Ədalət və İnkişaf Partiyasının mahal idarəsinin binasına hücum edilib.

Faktor.az axar.az-a istinadən xəbər verir ki, gecə saatlarında naməlum şəxs partiya binasına yaxınlaşaraq, daş atmağa başlayıb.

Cinayətkar partiya binasının pəncərələrinə zərər vurub. Hadisə yerinə gələn polis əməkdaşları sözügedən şəxsin eyni zamanda MHP-dən olan keçmiş mahal sədrinin evinə də hücum etdiyini öyrənib.

Cinayətkar saxlanılıb, hazırda dindirilməsi istiqamətində iş aparılır.









Redaktorun seçimi