Belarusa yeni baş nazir təyin olundu

Hit: 454
Belarusa yeni baş nazir təyin olundu

Sergey Rumas Belarusun yeni baş naziri təyin olub. 

Faktor.az Report-a istinadən xəbər verir ki, bunula bağlı fərmanı ölkə prezidenti Aleksandr Lukaşenko imzalayıb.

S.Rumas əvvəllər Belarusun İnkişaf Bankının rəhbəri vəzifəsində işləyib. 

O, hökumət başçısı vəzifəsində Andrey Kobyakovu əvəz edəcək. Həmçinin, ölkə başçısının fərmanı ilə İqtisadiyyat Nazirliyinə Dmitri Krutoy, Memarlıq və Tikinti Nazirliyinə Dmitri Mukulyonok, Rabitə və İnformasiya Nazirliyinə Konstantin Şulqan və Dövlət Hərbi-Sənayə Komitəsinə isə Roman Qolovçenko təyin olunublar.

Qeyd edək ki, Lukaşenko avqustun 14-dü hökumətin işini sərt tənqid edərək, bir neçə naziri işindən azad etmişdi. 









Redaktorun seçimi