Türk polisi dollarlarını lirəyə dəyişmək üçün növbəyə düzüldü

Hit: 263
Türk polisi dollarlarını lirəyə dəyişmək üçün növbəyə düzüldü

Türkiyədə polislər ABŞ-a etiraz əlaməti olaraq, öz dollarlarını lirəyə dəyişirlər.

Oxu.Az xəbər verir ki, bu barədə Cumhuriyet agentliyi məlumat yayıb.

Bildirilir ki, Cizre şəhərinin polisləri ehtiyat kimi topladıqları dollarlarını lirəyə dəyişirlər. Nəticədə mübadilə məntəqələrindən birinin qarşısında böyük növbələr yaranıb.

Cizre polisindən bildiriblər ki, bu addımı atmaqla onlar ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın əllərində olan dollarları lirəyə dəyişmək və beləliklə ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarına etiraz etmək çağırışını dəstəkləyirlər.









Redaktorun seçimi